KANAL24.AZ
Az Iw En Ru

DUBAYDAN QORXUNC TƏKLİF – "Qətərin “Əl Cəzirə” kanalını partladaq!”

Qətərə qarşı blokadının lideri olan Birləşmiş Ərəb Əmirliklərindən qəribə bir açıqlama gəlib. BƏƏ-nin yüksək vəzifəli şəxsi, general Dhahi Xalfan öz “Tvitter” hesabında yazıb:

“Əl Cəzirə” kanalını bombalamalıyıq”.
Qətərə qarşı embarqodan artıq 6 ay keçməkdədir. Xalfan Qətərin dünyada məşhur olan “Əl Cəzirə” kanalını Misirin şimalında həyata keçirilən məscidə hücumun təhrikçisi olduğunu iddia edib və bu kanalı bombalamağı təklif edib. O deyib: “Əl Cəzirə daha nə qədər Misir ilə Avropa dünyasının təhlükəsizliyi ilə oynamağa davam edəcəkdir?”.


01:12 28.11.2017
Xəbər lenti
Bütün xəbərlər