KANAL24.AZ
Az Iw En Ru

Netaniya və Peterburq əməkdaşlığı

Peterburqun Kurortnıy rayon nümayəndə heyətinin İsrailə, Hayfa şəhərinə rəsmi səfəri çərçivəsində, Kurortnıy rayon və Netaniya şəhəri arasında əməkdaşlıq sazişi imzalaynıb.

Rəsmi sənədləri Kurortnıy rayon bələdiyyəsinin rəhbəri Aleksey Kuimov və Netaniyanın meri Miriyam Fayerberq imzalayıblar.Müqavilə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi məqsədi daşıyır.Mədəniyyət, gənclər siyasəti, idman, turizm, iqtisadiyyat və sahibkarlıq əməkdaşlığın əsas sahələrini əhatə edir.Qeyd edək ki, Kurortnıy rayon artıq 2003 -cü ildən Yunanıstanın Qastuni şəhərilə dostluq , 2016- cı ildən Xalkidiki prefekturasıyla,habelə, Aristotel şəhəri və İtaliyanın Qaeta şəhərilə əməkdaşlıq münasibətlərindədir.Netaniya İsrailin Aralıq dənizi sahillərində ən böyük kurort şəhəridir.Şəhər, təmiz çimərlikləri, zəngin muzey və müasir istirahət obyektlərilə məşhurdur.


16:50 15.11.2017
Xəbər lenti
Bütün xəbərlər