KANAL24.AZ
Az Iw En Ru

İran-İraq sərhədində afterşoklar davam edir

Ötən həftə sonu İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir.

Təkcə son 12 saat ərzində azı beş yeraltı təkan qeydə alınıb.

Qeydə alınan afterşoklar Rixter cədvəli 3.9-4.6 bal gücündə olub.

 

Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda son məlumatlara görə ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur.


19:55 14.11.2017
Xəbər lenti
Bütün xəbərlər