KANAL24.AZ
Az Iw En Ru

Berlinin Yəhudi Muzeyi mükafatlandırma məraimi təşkil edib

Almaniyanın keçmiş federal prezidenti Yoachim Gauk və Siemens şirkətinin rəhbəri Djo Kezer, Berlinin Yəhudi Muzeyi tərəfindən "Qarşılıqlı anlaşma və tolerantlıq mükafatı"na layiq görülüblər.

Mükafatlandırma mərasimi, noyabrın 11 -i, şənbə günü Muzeyin binasında keçirilib.Gauka mükafatı Avstraliya tarixçisi Kristofer Klark, Kezerə isə Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel təqdim ediblər.Bu fəxri mükafat 2002-ci ildə Berlin Yəhudi Muzeyi tərəfindən təsis edilmişdir.Mükafat hər il mədəniyyətlərarası dialoqa, eləcə də, antisemitizmin və irqçiliyin qarşısının alınması istiqamətində göstərilən səylərə görə, siyasətçilərə, iş adamlarına və mədəniyyət xadimlərinə verilir.2011 -ci ildə bu mükafat Almaniyanın baş naziri Angela Merkelə də təqdim olunub.


17:25 14.11.2017
Xəbər lenti
Bütün xəbərlər