KANAL24.AZ
Az Iw En Ru

İsraildən Avropa İttifaqına irad

İsrailin Daxili Təhlükəsizlik naziri Gilad Erdan və Daxili İşlər naziri Arye Deri Avropa İttifaqının nümayəndə heyətini İsrailə daxil olmağı rədd edib.

"Jerusalem Post"qəzetinin məlumatına görə, Aİ-nın yüksək səlahiyyətli nümayəndə heyəti gələn həftə İsrailə səfər etməyi və Yəhudey və Samarya ərazisinə baş çəkməyi planlayırlar.Onlara antiisrail BDS hərəkatı ilə əlaqələrinə görə İsrailə gəlməkdə qadağa qoyulub.Nazirlərin birgə bəyanatlarında bildirilir ki:" Nümayəndə heyətinin İsrailə səfərinin əsas məqsədi, həbsdə olan fələstinli terror lideri Maruan Barguti ilə görüşməkdir.İsrail tutduğu vəzifəsindən asılı olmayaraq, onun düşmənlərini dəstəkləyən heç kəsi ölkəyə daxil olmağa icazə verməyəcək."Səfərə hazırlaşan 20 nəfərlik nümayəndə heyətinə Fransa və Avropa parlamentinin üzvləri, eləcə də, fransız şəhərlərinin bələdiyyə başçıları daxildir.


17:05 14.11.2017
Xəbər lenti
Bütün xəbərlər