KANAL24.AZ
Az Iw En Ru

İsrailin Milli Təhlükəsizlik Şurasına yeni sədr təyin edildi

İsrail rəhbərliyi Meir Ben-Şabatı İsrailin Milli Təhlükəsizlik Şurasının sədri və rəhbərliyin milli təhlükəsizlik məsləhətçisi vəzifəsinə təyin edib.

Baş nazir Nitanyahu bu təyinatı xüsusilə şərh edərək bunları söyləyib:"Son üç ay ərzində Meir məsləhətçilik vəzifəsini müvəqqəti yerinə yetirirdi və mən ona bu vəzifəyə daimi təyin etmək təklifi etdim .Hesab edirəm ki, ondan daha yaxşı namizəd ola bilməz.Mən əminən ki, həmkarlarım onun işi, ağılı, zəngin biliyi haqqında yetərincə fikir əldə ediblər.O sözü gizlətmir, öz fikrini çox aydın və birbaşa ifadə edir .İnanıram ki, bu vaxta qədər İsrailin təhlükəsizliyi üçün artıq çox iş görmüş Meir, bundan sonra da milli təhlükəsizliyə öz töhfələrini verəcək." Meir Ben Şabat 1966-cı idə Dimonda, 14 övladı olan dindar bir ailədə anadan olub.Şəhərdə Dövlət-dini məktəbində təhsil alıb, sonra isə Ber-Şevdə Bney-Akiva dini sionist hərəkatı məktəbində təhsilini davam edib.1989 -cu ildə İDF sıralarında Qivati briqadasında qulluq edib.Sonra ŞABAK- da xüsusi təyinatla xidmət edib.Ben-Şabat 2008-ci ilin sonu və 2009-cu ilin əvvəlində Qəzza zolağında Əməliyyat Təchizatı Qurğusunda Ümumi Təhlükəsizlik Xidməti işinə rəhbərlik etmişdir. İclasın açılış çıxışında Binyamin Nitanyahu qeyd edib ki :"Bizim hələ də İsrailə hücum etmək üçün yeni yeni cəhdlər etməyə çalışan qonşularımız var.Hansı tərəfdən olursa olsun, bizə hücum etməyə çalışan hər kəsə cavabımız çox sərt olacaq.Mən bütün terrorçu təşkilatları, həmçinin cənub sərhədlərində yerləşənləri nəzərdə tuturam.Hər halda Həmas , Qəzzadan və başqa yerlərdən bizə qarşı hər hansı hücumun məsuliyyətini daşıyır."


15:50 14.11.2017
Xəbər lenti
Bütün xəbərlər