KANAL24.AZ
Az Iw En Ru

Dağ yəhudilərindən bəhs edən film mükafata layiq görüldü

Rejissor Kantemir Balaqovun "Darlıq" dramatik filmi, Balkanların ən böyük şəhərlərindən olan Salonikidə keçirilən 58- ci Beynəlxalq kinofestivalında iki mükafata layiq görülüb.

Bu haqda bazar günü, Yunanıstanın paytaxtında kinoforum mərasiminin bağlanış gecəsində elan edilib.Film Yunan "parlament televiziyası"tərəfindən "insani dəyərlər" xüsusi mükafatına layiq görülüb.Filmin baş qadın qəhrəmanı İlonanı canlandıran aktrisa Darya Jovner, beynəlxalq münsiflər heyətinin ən yaxşı qadın rolu mükafatı ilə təltif olunub. Filmin süjeti çeçen müharibəsi zamanı, 1998 -ci ildə rejissorun vətəni Nalçikdə bir yəhudi cütlüyünün qaçırılması ilə əlaqədar real hadisələr üzərində qurulub.Film yunan tamaşaçıları ilə yanaşı, beynəlxalq peşəkar tənqidçiləri də təsirləndirib.Yunanıstanın mədəni mövzulara həsr olunmuş Exostispress saytı,xüsusi olaraq əsas xarakter kimi Darya Jovnerin rolunu, Kantemir Balaqovun debüt işində "eynizamanda həm qəhrəmanın həyatını, həm də qadın azadlığının şəxsi inqilabını"göstərdiyini qeyd edib.


16:43 14.11.2017
Xəbər lenti
Bütün xəbərlər