KANAL24.AZ
Az Iw En Ru

"Titanik"in menyusu 70 min dollara satıla bilər

“Titanik” gəmisinin menyusu sentyabrın 30-da auksiona çıxarılacaq. Trend-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata əsasən, lotun dəyəri 50-70 min dollar olacaq. Satışla “Invaluable” auksion evi məşğul olacaq.

Söhbət gəminin sonuncu səhər yeməyi üçün tərtib edilən menyusundan gedir.

Tarixi sənəd birinci sinif sərnişini Avraam Linkoln Salomon tərəfindən xilas edilib. Menyunun əks tərəfində İsaak Cerald Frauntelin imzası var. Güman edilir ki, İ.C.Frauntel həmin gün A.L.Salomonla birlikdə səhər yeməyi sifariş edib.

Satışlarda həmçinin qəza nəticəsində həlak olan sərnişinin məktubu yer alıb.


05:48 02.09.2015
Xəbər lenti
Bütün xəbərlər