KANAL24.AZ
Az Iw En Ru

Bolqarıstan Milli Radiosunda Bakı şəhərinə dair reportaj yayınlanıb

7 noyabr 2017-ci il tarixində BNR-in ölkə səviyyəsində aparıcı radio yayım proqramı olan "BNR Horizont" proqramında "Hər şeydən öncə" verilişində Bakı şəhəri haqqında reportaj efirə verilmiş, eyni zamanda radionun rəsmi internet səhifəsində yerləşdirilmişdir.  (http://bnr.bg/horizont/post/100893314/baku). 

Verilişdə Azərbaycanın "Oldar Yurdu" adı barədə məlumat verilmiş, bu adın mənşəyinin yerin altından çıxan təbii qazın yer üzünə çatdığı zaman əbədi ocaqlarda yanması ilə əlaqəli olduğu və uzun zaman öncə həmin ocaqlara Allahın nişanəsi kimi baxıldığı vurğulanmışdır. Asiya və Avropanın kəsişməsində yerləşən ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin, ənənələrin və dinlərin birləşdiyi qeyd olunmuşdur.

Keçmiş sovet respublikasının paytaxtı olan Bakı şəhərinin bu gün tez-tez Dubay şəhəri ilə müqayisə olunduğu ifadə edilmiş, tarixin və gələcəyin qovuşduğu, müxtəlif mədəniyyətlərə məxsus elementlərin ahəngdar birləşdiyi şəhərdə Şərqin köklü ənənələrinin və Qərb tərəqqisinin müasir imzasının vəhdətinə nail olunduğu və bunun heç kimi laqeyd qoymadığı bildirilmişdir. Eyni zamanda, çoxlu müasir binaların inşa olunduğu Bakının memarlıq baxımından gələcəyin şəhəri təəssüratı yaratdığı səsləndirilmişdir. Bu xüsusda məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzinin valehedici memarlığına görə London Dizayn Muzeyinin mükafatına layiq görüldüyü qeyd olunmuşdur.

 

Neft və qaz resursları ilə zəngin Xəzəryanı dövlət olan Azərbaycanın mənəvi dəyərləri də qoruduğu vurğulanaraq, memarlığımızın və mədəniyyətimizin incisi olan "İçərişəhər", onun zəngin tarixi, qədim memarlıq kompleksi və ona göstərilən xüsusi diqqətdən danışılmışdır. Azərbaycan memarlığının inciləri Qız qalası və Şirvanşahlar Sarayının "İçərişəhər" kompleksində yerləşdiyi ifadə olunmaqla YUNESKO-nun Ümumdünya İrsi Siyahına daxil olduqları dinləyicilərin diqqətinə çatdırılmışdır. Ardınca Şirvanşahlar Saray kompleksinin tarixinə toxunulmuş və Qız qalası ilə bağlı rəvayətdən bəhs olunmuşdur. Sonda Azərbaycan xalçaları haqqında da məlumat verilmiş, onlardan təbii materiallardan hazırlandığı və özündə Azərbaycan xalqının milli ənənələrini əks etdirdiyi qeyd olunmuşdur.


01:59 14.11.2017
Xəbər lenti
Bütün xəbərlər