KANAL24.AZ
Az Iw En Ru

Alman qırıcıları İsrail səmasında

Bu həftə İsrailin Neqev çölündə tarix yazılıb-100 ildən sonra ilk dəfə olaraq Almaniya hərbi təyyarələri İsrail üzərindən uçurlar.

100 il bundən əvvəl, Bavariya Krallığının HHQ kəşfiyyat təyyarələri Neqev (Neqevwüst) səhrasının üzərindən Fələstinin hava fotoşəkillərini çəkmək üçün uçublar.Hal hazırda 125 Alman əskəri İsraildə terrorizmə və təyyarələrlə hava döyüşlərinə qarşı gündə 100 təlim keçirilən, iki həftəlik manevlərdə iştirak edirlər.Manevrlər Bundsverlər üçün çox faydalıdır, çünki, sıx məskulaşmış Almaniyaya nisbətən, səhralıqda daha sürətlə və dərin uça bilirlər.İsrailin Almaniya ilə hərb əməkdaşlığı yeni deyil.Alman pilotları İsraildə helkopter və pilotsuzlar üzrə təhsil alırlar.2017 -ci ildə iki ordu birlikdə 20 -si hərbi hava qüvvələri olmaqla,80 birgə layihə həyata keçiriblər ."Blue Flaq 2017" manevrinin əsas xüsusiyyəti bundan ibarətdir ki,təlimlərdə 8 ölkə iştirak etsə də,bir çox ölkələr də öz müşahidəçilərini göndərib ki, İsrailin, bəzi ölkələr tərəfindən tənqid olunsa da, təcrid olunmuş və təcavüzkar bir ölkə olmadığını və ümümi düşmənə-dünyanı bürüyən radikal islam terrorizminə qarşı mübarizə apardığını göstərməsini müşahidə etsinlər.


16:40 13.11.2017
Xəbər lenti
Bütün xəbərlər