KANAL24.AZ
Az Iw En Ru

Ayətullah Nuri Həmədani Bibiheybət ziyarətgahında

Dini mərcəyi təqlid alimlərindən olan Ayətullah Əl-Uzma Nuri Həmədani dünən Azərbaycana səfərinin ilk günündə  İmam Musa Kazımın (ə) qızı, İmam Rzanın (ə) bacısı, “Bibiheybət” kimi tanınan Həzrət Fatimənin (s) məzarını ziyarət edib.  

 

İnterAz Maide.az-a istinadən xəbər verir ki, Ayətullah Nuri Həmədani “Bibiheybət” ziyarətgahında ziyarət namazı qılıb və İslam dünyasında baş verən problemlərin həlli üçün dualar edib. Ayətullah Həmədani ziyarətin sonunda  “Bibiheybət” ziyarətgahına bir cild Qurani-Kərim hədiyyə edib.  Ayətullah Həmədani bu gün həmçinin Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Ayətullah Həmədaninin Azərbaycana səfəri sentyabr 4-dək davam edəcək. Səfər çərçivəsində Ayətullah Həmədaninin Şamaxıda Cümə məscidi ilə tanış olacağı, Gəncə şəhərində isə Nizami Gəncəvi məqbərəsini, Şah Abbas məscidini və İmamzadə kompleksini ziyarət edəcəyi gözlənilir.

Ayətullah Nuri Həmədani sabah səfərin ikinci günündə Təzə Pİr məscidində Azərbaycan ruhaniləri və din xadimləri ilə görüş keçirəcək.


16:55 01.09.2015
Xəbər lenti
Bütün xəbərlər