KANAL24.AZ
Az Iw En Ru

NASA Yerə bənzər peyk aşkarladı

Saturn planetinin Entselade peykində həyat üçün vacib olan şərait imkanları aşkarlanıb.

Kanal24 xəbər verir ki, NASA mütəxəssisləri bu peykdə canlı orqanizmin varlığı üçün mühüm imkanların olduğunu bildiriblər. “Cassini” kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər

Qeyd edək ki, Cassini - NASA, Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyinin birgə layihəsidir. Bu cihaz 1997-ci ildə Saturnun daha ətraflı öyrənilməsi üçün kosmosa buraxılıb.


19:10 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər