KANAL24.AZ
Az Iw En Ru

İsveçrə və Xorvatiya Dünya Çempionatının bir addımlığında - VİDEO - FOTOSESSİYA

Avropa zonasında futbol üzrə 2018-ci il dünya çempionatının pley-off mərhələsinə start verilib.

İlk oyun günündə 2 görüş keçirilib.

Xorvatiya Yunanıstanla görüşdə böyük hesablı qələbə qazanıb. İsveçrə isə səfərdə Şimali İrlandiyaya minimal hesabla qalib gəlib.

Bu görüşlərdən sonra Xorvatiya və İsveçrə Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Cavab görüşləri noyabrın 12-də keçiriləcək.
Bu gün İtaliya İsveçi, noyabrın 11-də isə Danimarka İrlandiyanı qəbul edəcək.

DÇ-2018 Avropa zonası, pley-off mərhələsi

İlk oyunlar

9 noyabr
23:45. Şimali İrlandiya - İsveçrə 0:1
Qol: Rikardo Rodriges, 58-penalti ilə

 

23:45. Xorvatiya - Yunanıstan 4:1
Qollar: Luka Modric, 13. Nikola Kaliniç, 19. İvan Perisiç, 34. Andrey Kramariç, 49 - Sokratis Papastatopulos, 30

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Северная Ирландия 0:1 Швейцария | Чемпионат Мира 2018 | Отборочный турнир | 1-стыковой матч | Обзор матча

 


17:28 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər