KANAL24.AZ
Az Iw En Ru

İtaliya mundiala qatıla biləcəkmi?

Bu gün DÇ-2018-in seçmə mərhələsinin daha bir pley-off oyunu keçiriləcək.

Günün yeganə qarşılaşmasında İtaliya ilə İsveç üz-üzə gələcəklər. 

Dördqat dünya çempionu olan appeninlilər 60 ildən sonra mundiala həsrət qala bilər. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya artıq bir dəfə işini çətinə salıb. Lakin DÇ-1998-in pley-offunda rusiyalılar apenninlilərlə bacarmayıb.

İsveç yığması isə son iki turnirə vəsiqə uğrunda belə matçlar keçirməli olub. DÇ-2014-ə skandinaviyalıların yolunu da Portuqaliya bu raundda bağlayıb - 0:1, 2:3. AÇ-2016-ya gedən yolda isə danimarkalılar İsveç qarşısında aciz qalıb - 2:1, 2:2.

 

Əgər sonuncular İtaliyanı dayandıra bilsə, "Skuadra Adzurra" indiyədək dünya çempionu adını qazananlar arasında yeganə komanda olacaq ki, Rusiyada oynamayacaq. Çünki Almaniya, Fransa, İspaniya, İngiltərə, Braziliya, Argentina və Uruqvay artıq mundialda oynamaq hüququna yiyələnib.

DÇ-2018, pley-off oyunları Avropa zonası ilk oyunlar

10 noyabr
23:45. İsveç - İtaliya


17:27 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər