Bakıda minik avtomobili qadını vurub.
Yol-nəqliyyat hadisəsi Azadlıq prospekti ilə Ceyhun Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.
1983-cü il təvəllüdlü Şabanova Ramilə Akif qızını "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.