KANAL24.AZ
Az Iw En Ru

“Real”ın kapitanından QALMAQALLI açıqlamalar: “Biz onlarsız...”

“Real Madrid” klubunun kapitanı Serjio Ramos komandanın ulduzu Kristiano Ronladonun klubla bağlı sözlərinə qarşı çıxıb.

Ronlado komandadan ayrılan və “Beşiktaş”a transfer edilən Pepe, həmçinin, Alvaro Morata və Ceymsin gedişindən sonra komandanın zəiflədiyini etiraf etmişdi.

S.Ramos isə Ronaldonun bu sözlərinə qatılmadığını bildirib:

“Komandanın gücsüz olması yalnız onun fikridir. Biz onlarsız Superkubok qazandıq. Mən heç bir oyunçu üçün darıxmıram. Kadrlar həmişə dəyişir və hər yeni futbolçu komandaya fayda verir”.

O, həmçinin, komandada görmək istədiyi futbolçunun adını da açıqlayıb:

“Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Təbii ki, onu “Real”da görmək istəyirəm. “Barselona”dan bizə gəlməsi “PSJ”dən gəlməsindən daha çətin idi. Özü də bizə qatılmaq istəyərsə, qapımız hər zaman ona açıqdır”.


22:38 09.11.2017
Xəbər lenti
Bütün xəbərlər