KANAL24.AZ
Az Iw En Ru

“Facebook”dan istifadəçilərə əxlaqsız təklif

"Facebook" sosial şəbəkəsi şantaj hallarının qarşısını almaq üçün istifadəçilər qarşısında qeyri-adi təkliflə çıxış edib.

"Facebook" istifadəçilərin tez-tez sosial şəbəkədə qeyri-etik şəkilləri ilə şantaj olunmasının qarşısını almaq üçün yeni tətbiqini həyata keçirtməyə hazırlaşır. Belə ki, hansısa çılpaq şəklinin keçmiş sevgilisi və ya tanışı tərəfindən paylaşılacağından ehtiyat edən şəxs "Facebook"a müraciət etməklə bu problemdən azad ola biləcək.

Lakin bunun üçün istifadəçi həmin şəklini şirkətə göndərməlidir. Şəkil xüsusi kodlarla işlənəcək və bundan sonra hər hansı sosial şəbəkədə, "instagram", "facebook" və ya "messenger"də paylaşıldığı halda dərhal əngəllənəcək.

 

Lakin "facebook"un bu təklifi istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.


22:11 09.11.2017
Xəbər lenti
Bütün xəbərlər