KANAL24.AZ
Az Iw En Ru

Ali Baş Komandana yeni səlahiyyətlər verilir

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.

Kanal24 xəbər verir ki, “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr edilir.

Layihəyə əsasən, Azərbaycan Ali Baş Komandanı (Azərbaycan prezidenti) Silahlı Qüvvələrin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradıb və ləğv etmə səlahiyyəti ilə yanaşı, Silahlı Qüvvələrin elmi müəssisə və təşkilatlarını yaratma, yaxud ləğv etmə səlahiyyətinə də malik olacaq.

Dəyişiklik Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.


22:34 30.10.2017
Xəbər lenti
Bütün xəbərlər