KANAL24.AZ
Az Iw En Ru

Tovuzda 7 şəlalə tapıldı - İnsan ayağı dəyməyən məkan

İnsan ayağı dəyməyən məkan Tovuz rayonunun Çobansıxnaq kəndinin yaxınlığında  yerləşir.  

Kəpəz TV (Region TV) xəbər verir ki, araşdırmaçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb.

Kənd ağsaqqalları burada bir şəlalənin olduğunu eşitdiklərini desələr də, araşdırmaçı ucqar dağ kəndində 100 metrlik məsafədə 7 şəlalə görüb. Onun sözlərinə görə, ən hündürü 35, ən kiçiyi isə 10 metrdən tökülür. Çətinliklə dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən Cəlaləddin Qasımov 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana qovuşub. 

Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla əhatələndiyindən demək olar ki, buraya insan ayağı dəyməyib. Elə yerli sakinlər də illərdir kəndin ərazisində olan bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan axıb gələn su Zəyəm çayına tökülür. Həm yerli, həm xarici turistlərin diqqətini çəkə biləcək Çobansıxnaqdakı bu məkan gələcəkdə kənd turizminin inkişafında böyük pay sahibi ola bilər.  

 

22:10 22.08.2015
Xəbər lenti
Bütün xəbərlər