KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtomobildən 10 min manata yaxın pul oğurlandı

Bakı şəhərində avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus BYD markalı avtomobildən 9242 manat pul oğurlanıb. 
 
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.


19:20 28.10.2017
Xəbər lenti
Bütün xəbərlər