KANAL24.AZ
Az Iw En Ru

Gəncədə yol qəzasında xəsarət alan 14 yaşlı oğlan öldü

Gəncə şəhərində baş vermiş yol qəzasında ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanada ölüb.

Oktyabrın 27-də şəhərin Atatürk prospektində "VAZ 21011" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan 1961-ci il təvəllüdlü Vidadi Hümbətov və onun oğlu, 2003-cü il təvəllüdlü Ümid Hümbətov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 14 yaşlı Ümidin həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


17:02 28.10.2017
Xəbər lenti
Bütün xəbərlər