KANAL24.AZ
Az Iw En Ru

Heyvanı balla qarışdırıb yesəniz... - HEYRƏTAMİZ FAYDALARI

Bir-birindən güclü antioksidant təsirli iki qida - bal və heyva birlikdə yeyildikdə orqanizmdə nə baş verə bilər?

Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir.

Bu iki qidanın bir yerdə yeyildikdə orqanizmə hansı faydalar verdiyini sadalayır.

 

- Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
 
- Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
 
- Heyva və balın antioksidant xüsusiyyəti orqanizmdə bakteriya və göbələk yaranmasını əngəlləyir.
 
- Tərkibində yüksək faizli lif olan heyva balla birlikdə yeyildikdə arıqlamağa yardımçı olur.
 
- Qan yaradan xüsusiyyətləri olan heyva və bal allergik xəstəliklərə qarşı da faydalıdır.
 
- Sidik qovucu xüsusiyyətlərə sahib heyva balla birləşdiyində həzm sisteminə kömək edir.

 


05:54 19.10.2017