KANAL24.AZ
Az Iw En Ru

100 il yaşamaq istəyirsiz?

“100 il yaşamaq elə bir nailiyyət deyil, əsas məharət 100-cü yaşda sağlam olmağı bacarmaqdır” deyən məşhur həkim Mehmet Öz uzun və gümrah yaşamağın əsas qaydalarını açıqlayıb. 

 

 “Qafqazinfo” professorun sağlam həyat tərzi üçün nəzərdə tutduğu 7 qaydanı sizə təqdim edir:

 

1.İctimaiyyətdən təcrid olunmaq = 15 siqaret

İctimailəşmək, geniş sosial ətraf insan üçün çox əhəmiyyətlidir. Çünki cəmiyyətdən təcrid olunmağın zərəri gündə 15 siqaretə bərabərdir. Ən azı həftədə bir dəfə çölə çıxıb dostlarınızla görüşməyi özünüzə çox görməyin.

2. Hər gün 7 qoz 

Qoz sözün əsl mənasında həyatınızın xilaskarıdır. 2-3 ay ərzində gündə 7 qoz yemək piylənmə riskinizi azaldır. Həftədə 5 gün çiy quruyemiş yemək ömrünüzü 3 il uzada bilər.

3. Yatağa 1 saat tez gedin

Gündəlik yuxu norması olaraq müəyyənləşdirilən 7 saatdan itirdiyiniz hər saat infarkt və iflic riskinizin 16 qat artması deməkdir. Ona görə də, bir saat tez yatmaq gümrah yaşamınızı uzadar.

4. Gündə ən azı 20 qəhqəhə

Gülmək immun sistemini gücləndirir və kalori yandırmağa kömək edərək ömrünüzə ömür qatar. Tez-tez qəhqəhə çəkməklə həyatınızı uzada bilərsiniz. Gün ərzində orta hesabla 20 dəfə gülmək lazımdır.

5. Yemək limitini  20% azaldın

Əgər 80% doyduğunuz zaman yeməkdən imtina etsəniz, bədəninizdə maddələr mübadiləsi yaxşı gedər və daha gec yaşlanarsınız. Ona görə yeməyinizə xüsusi diqqət edin. 

6. Həftədə 3 dəfə orqazm

Orqazm insanı gəncləşdirər və daha sağlam bir bədənə sahib olmağı təmin edər. Son araşdırmalara görə, həftədə 3 dəfə orqazm olmağın 12 il daha gənc görünməyinizə səbəb olacaq.

7. Bənövşəyi, qırmızımtıl qidalar 

Qarağat, üzüm, nar, qırmızı şərab kimi bənövşəyi tonlarda qidalardan istifadə edərək neyronlarınızı qoruya və beyninizə gedən qan axışını artıra bilərsiniz.

 

22:10 13.08.2015
Xəbər lenti
Bütün xəbərlər