KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 30 kiloqramlıq yeni sort qarpızlar

Samuxun Sarıqamış kəndi keyfiyyətli qarpızı ilə tanınır. 
 
Əsas məşğuliyyətləri bostançılıq olan kənd sakinləri bu ənənələri hər il daha da təkmilləşdirirlər. 60 yaşlı Bəhlul kişi ömrünün 37 ilini bostan becərməklə keçirib. Təsərrüfatçı deyir ki, 2 hektar sahədən hər il 100 tonadək məhsul götürür. Həmsöhbətimiz xaricdən gətirilən qarpız sortlarını yerli şəraitə tam uyğunlaşdıra bilib. Məsələn, o, çəkisi 30 kiloqrama yaxın olan, çox da geniş yayılmayan “mürəbbəlik qarpız” növündən bol məhsul əldə edib. ( Region Tv )

 

 

23:13 05.08.2015
Xəbər lenti
Bütün xəbərlər