KANAL24.AZ
Az Iw En Ru

Dağ yəhudisi olan müğənninin Bakıda konserti keçiriləcək

Oktyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dağ yəhudisi müğənnisi Manuel İsakovun "Cənnət bağçası" adlı solo konserti keçiriləcək. Konsert Manuel İsakovun musiqisi Elçin İmanova,sözləri Şaul Siman Tovaya aid olan eyni adlı albomunun işıq üzü görməsinin 10 illiyinə həsr olunub.

Konsertin xüsusi dəvətli qonaqlarından Ədalət Şükürov,Ayan Babakişiyeva,Arzu Rzayev,Nazim Faytonçu,İlqar Sail,Aydınçik,Ceyhun Hüseynov da çıxış edəcəklər. Konsert Stmegi Xeyriyyə Fondu,Heydər Əliyev Fondu və İsraildəki Azərbaycanlıları himayəsində saxlayan "Aziz" Mərkəzinin təşəbbüsü ilə keçirilir. Manuel İsakov 1979-cu ildə Bakıda anadan olub.18 yaşındaykən İsrailə köç edir və hal hazırda Netaniyada yaşayır.Manuel Rusiya,ABŞ,Kanada,İngiltərə,Almaniya və Azərbaycanda qostrolda səfərində olacaq. Tez- tez Dağ yəhudi İcmalarının xeyriyyə konsertlərinə qatılır ,çox sayda diplom və mükafatlar əldə edib.


12:16 03.10.2017