KANAL24.AZ
Az Iw En Ru

"Qayıdanda gördük ki, pəncərə qırıqdı" - Toyda olan ailənin evindən 20 min oğurladılar - VİDEO - FOTO

Bakıda mənzildən qızıl oğurlanıb.

Kanal24 ARB TV-yə istinadən xəbər verir ki, hadisə İsmayıl Məmmədov 17, mənzil 4 ünvanında qeydə alınıb.

Ev sahib  Natiq Abdiyev ailə üzvləri ilə birlikdə toyda olan zaman naməlum şəxs və şəxslər içəriyə daxil olaraq, külli miqdarda qızıl-ziynəti əşyalarını oğurlayıblar. Abdiyevə 20 min manat dəyərində ziyan dəyib.

Natiq Abdiyev: "6-da toya getmişik. Qayıdanda gördük ki, pəncərə qırıqdı. Baxdıq ki, bütün qapılar açıqdır, evi yarıblar".

Nizami Rayon 24-cü Polis Şöbəsinin əməkdaşları hadisə yerində lazımi ekspertizalar aparıblar və barmaq izləri götürüblər. Hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində axtarışlar davam etdirilir.

 

"Qayıdanda gördük ki, pəncərə qırıqdı" - Toyda olan ailənin evindən 20 min oğurladılar


20:49 22.09.2017
Xəbər lenti
Bütün xəbərlər