KANAL24.AZ
Az Iw En Ru

Meksikada 2 zəlzələ: vulkan püskürdü, 224 ölü - VİDEO - FOTO

Meksikada gücü Rixter şkalası ilə 7,1 bal olan zəlzələ baş verib. Yeraltı təkanlar ən çox paytaxt Mexikoda hiss olunub.

Kanal24 El Mundo-ya istinadən bildirir ki, zəlzələnin episentri Meksikanın Morales ştatındakı Aşopiapan şəhərindən 12 km aralıda, 51 km dərinlikdə olub.

Əvvəlcə 7,1 bal, sonra 6,8 bal gücündə iki zəlzələ olub.

Mexikoda 44 bina yerlə yeksan olub.

Zəlzələ nəticəsində 224 nəfər həlak olub, 1,85 milyondan artıq insan elektroenerjidən məhrum olub.

Yeraltı təkanlardan sonra Popokatepetl vulkanı püskürməyə başlayıb.

ABŞ, Kanada və BMT Meksikaya yardım təklif ediblər. Zəlzələdən ziyan çəkmiş bölgələrdə genişmiqyaslı xilasetmə işləri aparılır.

Zəlzələ zamanı Popokatepetl ətəyində olan kilsə dağılıb. Puebla vilayətinin qubernatoru Xose Antonio Qalinin dediyinə görə, kilsədə ibadətdə olan 15 nəfər həlak olub.

Mexikodan savayı, ölkənin mərkəzindəki Puebla və Morales ştatlarında da güclü dağıntılar var.

Mexikoda zəlzələdə orta məktəb dağılıb. 22 nəfər, o cümlədən 20 uşaq həlak olub.

Meksika prezidenti Enrike Penya Nyeto deyib: "Məktəbin dağıntılarından artıq 22 cəsəd çıxarmışıq. Onların 20-si uşaqlardır. 30 məktəbli itkin düşüb".

Камера сняла, как женщину чуть не придавило во время землетрясения в Мексике

Жертвами обрушения школы в Мехико стали 24 человека

Землетрясение в Мексике: жертв уже более 200

Meksikada güclü zəlzələ

Meksikada 2 zəlzələ: vulkan püskürdü, 149 ölü


17:05 20.09.2017
Xəbər lenti
Bütün xəbərlər