KANAL24.AZ
Az Iw En Ru

Moskvada Dünya Dağ və Yəhudi Qadınlar Konqresinin eminarı keçirilib

Moskvada Yəhudilərin yeni ili -Roş Haşana ərəfəsində yəhudi icmalarının üzvləri üçün seminar təşkil olunub.Seminar Dünya Dağ və Yəhudi Qadınlar Konqresi rəhbəri Frida Yusifova tərəfindən təşkil olunub.
Toplantının mövzusu "Ev Yəhudi ənənələri işığında "adlanıb. İştirakçılar qarşısında əvvəlcə Moskvada "Bat el" və "Vozrojdeniya" qadın layihələri təsisçisi Rina Samoylova və hüquq elmləri namizədi Zinaida Benyaminova çıxış ediblər. Toplantıda ailədə qadınların rolu,uşaqların yetişdirilməsi və yeni ili qeyd etmək xüsusiyyətləri barəsində çox danışılıb. Seminarın ardından üzvlər bayram şam yeməyinə oturublar.Şam yeməyi müddəti boyunca yəhudi folklorundan musiqilər səslənib.Çıxış edən müğənnilərdən biri də ,babasının şəkli 200 şekelin üzərində əks olunmuş,məşhur Kseniya Alterman olub.Yığıncağın sonunda bayram öncəsi ənənəvi şofar səsləndi.

12:57 19.09.2017