KANAL24.AZ
Az Iw En Ru

Tovuzda intihara cəhd

Tovuz rayonunda 59 yaşlı kişi intihara cəhd edib.

Kanal24 xəbər verir ki, Report-un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağdam kəndində baş verib. 

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Taryel Cəlil oğlu Musayev həşəratlar üçün nəzərdə tutulan zəhərli dərmanı içərək, intihara cəhd edib. T.Musayev dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, huşsuz vəziyyətdə xəstəxanaya gətirilən T.Musayevə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


01:17 15.09.2017
Xəbər lenti
Bütün xəbərlər