KANAL24.AZ
Az Iw En Ru

Tovuzda kütləvi dava

Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.

Hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında bilinməyən səbəbdən düşən dava zamanı 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər. 

Hər iki şəxsə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. 

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


18:19 14.09.2017
Xəbər lenti
Bütün xəbərlər