KANAL24.AZ
Az Iw En Ru

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verdi

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədi çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 04:00-da başa çatıb.


17:21 14.09.2017
Xəbər lenti
Bütün xəbərlər