KANAL24.AZ
Az Iw En Ru

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

Gürcüstanın dövlət zəmanəti ilə aldığı borcun həcmi avqust ayının 31-nə 4,946 milyard dollar olacaq. 

Qonşu dövlətin Azərbaycana olan borcu 8,995 milyon dollar olub. Bu da əvvəlki ayla müqayisədə 0,347 milyon dollar azdır. 

Gürcüstanın Almaniyaya borcu 289 milyon dollar, Yaponiyaya borcu 210 milyon dollar, Fransaya borcu 132 milyon dollar təşkil edir. 

Qonşu dövlətin Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq, 17,2 milyon dollar, 72,5 milyon dollar və 10,3 milyon dollardır. 


01:42 14.09.2017
Xəbər lenti
Bütün xəbərlər