KANAL24.AZ
Az Iw En Ru

Astarada əvvəllər məhkum olunmuş şəxsdən iki kiloqramdan çox marixuana götürülüb

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Cabbar Muxtarovdan 10 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bolsulu qəsəbəsi ərazisində yabanı halda bitən, 372 kiloqram olan 170 çətənə kolu aşkarlanaraq məhv edilib.


21:09 13.09.2017
Xəbər lenti
Bütün xəbərlər