KANAL24.AZ
Az Iw En Ru

Qanunsuz dini kitablar aşkar edildi

Qəbələ rayonunda keçirilən əməlliyyat nəticəsində çoxlu dini kitab və disklər aşkarlanıb

Kanal24-ün Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakiniləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

B.Qasımov və E.Tahirov RPŞ-yə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.


20:16 13.09.2017
Xəbər lenti
Bütün xəbərlər