KANAL24.AZ
Az Iw En Ru

Samuxda iki qardaş bıçaqlandı

Samuxda bıçaqlanma olub.

Hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


17:44 13.09.2017
Xəbər lenti
Bütün xəbərlər