KANAL24.AZ
Az Iw En Ru

Lənkəranskinin qətlində adı hallanan azərbaycanlı öldürüldü

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə qətlə yetirilən azərbaycanlının kimliyi məlum olub.

Kanal24 publika.az-a istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi qətlə yetirilən şəxsin 1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elçin Məmmədovdur.

Versiyalardan birinə görə, cinayətin motivi Məmmədovun Rusiyada törətdiyi bir neçə cinayəti ilə bağlıdır. Onun kriminal keçmişinə görə Rusiyada axtarıldığı bildirilir.

Şahidlərin məlumatına görə, o, qətldən əvvəl naməlum şəxslə restoranda yemək yeyib və aralarında mübahisə düşüb. Məlumata görə, mərhum başından güllə ilə vurulub.

Kriminalistlər artıq hadisə yerində işi başa çatdırıblar. Restoranın personalı hadisə ilə bağlı hələ şərh verməyib. Şahidlər və restoran əməkdaşları artıq dindirilib.

Elçin Məmmədovun cəsədi “Toyota” markalı maşında aşkar edilib. Maşının özündə də güllə izləri var.

Bildirilir ki, onun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanır.


02:43 13.09.2017
Xəbər lenti
Bütün xəbərlər