KANAL24.AZ
Az Iw En Ru

Bakıda iki avtomobil toqquşdu: 2 nəfər öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 10-da, saat 15:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi “VAZ-2106” və Rac Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


19:26 12.09.2017
Xəbər lenti
Bütün xəbərlər