KANAL24.AZ
Az Iw En Ru

Bakıya gələn gəmini partlatmaq istədilər – XÜSUSİ ƏMƏLİYYAT

Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.

Kanal24 report-a istinadən xəbər verir ki, ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar.

Məlumata görə, qardaşlar əvvəldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyaraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.

Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobilləri olub.

Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyinin əvvəlcədən bilirmiş.

Partlayışın qarşısının alınması əməliyyatı avqustun 28-də keçirilsə də, məlumat sentyabrın 12-də yayılıb. 


19:02 12.09.2017
Xəbər lenti
Bütün xəbərlər