KANAL24.AZ
Az Iw En Ru

Qubada vəzifəli şəxsi bıçaqlayan şəxs həbs olundu

Qubada vəzifəli şəxsi bıçaqlayanın kimliyi məlum olub.

Quba rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan torpaq mübahisəsi zəminində qeydə alındığı bildirilir.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


18:34 12.09.2017
Xəbər lenti
Bütün xəbərlər