KANAL24.AZ
Az Iw En Ru

"2 dəqiqə çəkmədi, alov tutdu" - Zaqatalada avtomobil yanaraq kül oldu - YENİLƏNDİ

Zaqatalada avtomobil yanıb.

Hadisə bu gün günorta saatlarında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə stansiyasının yerləşdiyi Pərzivan adlanan ərazidə baş verib.

Zaqatala bölgə Təcrübə stansiyasının müdiri Nəbi Kərimov özünə məxsus 2007-ci il buraxılışlı, Niva markalı avtomobillə stansiya ərazisinə gəlib. Avtomobili söndürüb, xırmana aqreqatlara baxmaq üçün gedib. Bir neçə dəqiqə sonra isə avtomobilin motor hissəsinin yandığını görüb.

Hadisə yerinə FHN Zaqatala yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobil və içərisində olan Nəbi Kərimova məxsus sənədlər tamamilə yanaraq, yararsız hala düşüb.

Nəbi Kərimov - Zərərçəkən: "Qarajda dayandıq. Xırmana girdik. Çıxdıq ki, maşın yanır. 2 dəqiqə çəkmədi, alov tutdu, getdi".

Fakt araşdırılır.

 *******

Zaqatalada "VAZ" markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Pərçivan kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


01:01 12.09.2017