KANAL24.AZ
Az Iw En Ru

Bankomatın qapısını sındıran qardaşlar tutuldular

Sumqayıtda oğurluğa cəhd göstərən şəxslər tutulub.

Kanal24 Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 10-da Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Baş Cinayət Axtarışı İdarəsi və ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
 
Araşdırma aparılır.


22:34 11.09.2017