Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub.
Piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.