KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda baş verən qəzaların ölkəyə vurduğu ziyan açıqlandı

2017-ci ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 244 yol-nəqliyyat hadisəsi baş verib.

Kanal24 xəbər verir ki,“Azəravtoyol” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, baş verən yol qəzaları nəticəsində 3621 p/m əyrixətli tirlər, 12 işıq dirəyi, 30,0 p/m körpü məhəccəri, 22,3 p/m istinad divarı və 4 yol nişanı yararsız hala düşüb.

Ümumilikdə, yol təsərrüfatına 313,7 min manat məbləğində maddi ziyan dəyib. Dəymiş ziyanın 192,1 min manatı ödənilib.


18:17 11.09.2017