KANAL24.AZ
Az Iw En Ru

Bakıda ənciri necə alaq? – VİDEO

Abşeronda yol kənarında müxtəlif meyvələrin satışına rast gəlmək mümkündür. 

Kanal24 Xəzərxəbər-ə istinadən məlumat verir ki, Saray bağlarında yetişdirilən bu meyvələr elə təsərrüfat sahibləri tərəfindən də satışa çıxarılır. 

Hazırda ən çox satılan meyvə əncirdir.

Bütün bu meyvələrin satışını Abşeronda, Novxanı istiqamətindəki yolun hər iki tərəfində görmək olar. Sakinlər bağlarda yetişdirdikləri meyvələri sübh tezdən dərərək, satışa çıxarırlar.

Satıcılar deyir ki, hazırda ən çox satılan meyvə əncirdir. Onu, əsasən, mürəbbə bişirmək üçün alırlar.

Yol kənarında satılan əncirin kiloqramı 1 manat 50 qəpik-2 manata alıcılara təklif olunur.

İkinci ən çox satılan meyvə isə Abşeron şanısıdır.


17:36 11.09.2017
Xəbər lenti
Bütün xəbərlər