KANAL24.AZ
Az Iw En Ru

Mingəçevir sakininin qeyri-adi bacarığı görənləri heyrətə gətirir - VİDEO

Qolunun biri yoxdur, amma qarmonla etdiyi ifalar görənləri heyrətə gətirir.

Mingəçevirdə şəhər parkından hər gün eyni vaxtda gələn səs bir çoxlarını ayaq saxlamağa məcbur edir. Kimisi yaxınlaşıb ona diqqət edir, kimisi isə cibinə pul qoyub keçir. Kanal24 bildirir ki, söhbət qarmonda maraqlı ifalar edən, əslində isə heç bir musiqi təhsili olmayan 75 yaşlı Aydın Mustafayevdən gedir.

Mingəçevirdə yaşayan bu kişini şəhərdə tanımayan az adam olar. Kiçik yaşlarında sağ qolu amputasiya edilən şəhər sakini, 70 ilə yaxındır tək əl ilə qarmon çalır.

Aydın Mustafayev deyir ki, istedadı və istəyi olan insana hər hansı əzanın olmaması mane deyil.

Sol əli ilə illərdir qarmonu dilləndirən 75 yaşlı kişi, musiqiləri daha çox radioda dinləyərək öyrənir. Şəhər ərazisindəki müxtəlif parklarda ifalar edən sakin bu peşəsindən pul da qazanır. Amma gəliri az olduğundan köhnə qarmonunu yeniləyə bilmir. Aydın Mustafayev ömrünün sonuna kimi şəhər sakinlərinə xidmət edəcəyini deyir. (xezerxeber.az)

Mingəçevir sakininin qeyri-adi bacarığı görənləri heyrətə gətirir

 


05:52 11.09.2017
Xəbər lenti
Bütün xəbərlər