ABŞ-ın Havay adalarındakı Kilauea vulkanı yenidən hərəkətə keçib.
Vulkan yaşayış məntəqələrindən çox uzaq yerləşdiyi üçün heç kimə zərər dəyməyib.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Kilauea vulkanı 1983-cü ildən bəri ara-sıra fəaliyyətə keçir.