KANAL24.AZ
Az Iw En Ru

Mehdiabadda güclü YANĞIN

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 600 kvadratmetr olan sexdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən məlumata görə, hadisə nəticəsində ikimərtəbəli beşotaqlı sexin ikinci mərtəbəsi və dam örtüyü 300 kvadrat metr sahədə və içərisində olan 5 dəzgah yanıb, yüksək temperaturdan 1-ci mərtəbənin lambirdən ibarət arakəsməsi 140 kvadrat metr sahədə əriyib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


17:13 10.09.2017