KANAL24.AZ
Az Iw En Ru

“Yusif” surəsinin fəziləti

"Yusif" surəsi Quranın 12-ci surəsidir, Məkkədə nazil olub və 111 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: ""Yusif" surəsini əlinizin altında olanlara öyrədin. Çünki o müsəlman ki, bu surəni tilavət edər, ailəsinə və əlinin altında olanlara öyrədər - Allah ölümün çətinliklərini ondan götürər və ona elə qüvvə əta edər ki, başqalarına həsəd aparmaz". (Beytutə saytı)

İmam Sadiq (ə) bu surə barəsində buyurur: "Hər kim bu surəni gündüzlər və ya gecələr tlavət edərsə, Allah Qiyamət günü onu o halda məbus edər ki, üzü Həzrət Yusif (ə) kimi gözəl olar. Qiyamət günü ona qorxu və taqətsizlik çatmaz. Allahın layiqli və yaxşı bəndələrindən olar".

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim bu surəni qiraət edər, Qiyamət günü insanların taqətsizliyinə səbəb olan şeylərdən amanda olar. Allahın saleh bəndələrinin qonşusu olar".

"Yusif" surəsinin bərəkəti: Əgər "Yusif" surəsini yazsanız və onu yuyub suyunu içsəniz, Allah ruzi əldə etməyin yolunu asan edər.


06:22 06.09.2017