KANAL24.AZ
Az Iw En Ru

Mövlut Çavuşoğlu Bakıda

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

O, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.

Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.

Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.


23:52 05.09.2017
Xəbər lenti
Bütün xəbərlər