KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcəklər

Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Bu barədə jurnalistlərə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.

Görüş Müqəddəs Danil monastırında keçiriləcək.

A.Volkov vurğulayıb ki, din xadimlərinin və dindarların səyləri regionda vəziyyətin yaxşılaşmasına kömək edir.


02:50 05.09.2017
Xəbər lenti
Bütün xəbərlər